
Toparlaşmır gücüm neynim.
Bir-birindən ağır gəlir,
İlim, ayım, günüm neynim.
Bəxt də mənə eyləyir naz,
Yazı yazan, yenidən yaz.
Ötübdi qış, gəlibdi yaz,
Ətir saçmır gülüm neynim.
Üzüm vətənə sarıldı,
Solan gül tək sap-sarıdı,
Qibləgahım Qursalıdı,
Göydə qalıb əlim neynim.
Qovuşubdu haqqı atam,
Tək yuxuma gəlir anam,
Yad diyarda bir qonağam,
Dağlıbdı elim neynim.
El dərdini çəkə-çəkə,
Əl dərdini çəkə-çəkə,
Gül dərdini çəkə-çəkə,
Ağarıbdı telim neynim.
Dərdim var ki, yox dərmanı,
Əldən verdim sağlam canı,
Qınasam da Qarayxanı,
Bükülübdü belim neynim.