
Papanın vəsiyyətinə görə, o, Romanın mərkəzindəki Santa Maria Maggiore bazilikasında torpağa tapşırılacaq və bir əsrdən artıq müddətdə Vatikandan kənarda dəfn edilən ilk pontifik olacaq.
“Qafqazinfo”nun məlumatına görə, artıq dünya liderləri dəfn mərasimində iştirak etmək üçün Romaya səfər edib.
Onlar arasında ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp, Fransa Prezidenti Emmanuel Makron, Ukraya Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də var.
***
Dəfn mərasimində iştirak etmək üçün ABŞ-nin keçmiş prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden də Romaya səfər ediblər.
***
Romaya səfər edənlər arasında Böyük Britaniyanın Baş naziri Key Starmer, Braziliya Prezidenti Luis İnasio Lula da Silva, İtaliyanın Baş naziri Ciorcia Meloni və Argentina Prezidenti Xavyer Miley də var.


