İran-Ermənistan təlimində Peyğəmbər qızının adı – bu İslamın təhqiridir!

İran-Ermənistan təlimində Peyğəmbər qızının adı – bu İslamın təhqiridir! Fatimeyi-Zəhranın adıyla təcavüzkar qövmə haqq qazandırmaq – bu nə müsəlmanlıqdır, nə insanlıq!
İran rejiminin Ermənistanla birgə keçirdiyi hərbi təlimin “Ya Fatimeyi-Zəhra” kod adı ilə təqdim edilməsi İslam dünyasında dərin hiddət doğurub. Musavat.com xəbər verir ki, tanınmış ilahiyyatçı-yazar Turan İrfan bu hadisəyə sərt reaksiya verib və bu təlimi “Peyğəmbər Əhli Beytinin adına açıq təhqir” kimi qiymətləndirib.

Turan İrfanın sözlərinə görə, Xocalıda körpə zəhralara qarşı amansızlıq göstərmiş, müsəlman azərbaycanlılara qarşı soyqırımı törətmiş bir toplumla İslamın ismət simvolunu yanaşı çəkmək dini dəyərlərə qarşı həqarətdir:

“Peyğəmbərin qızı, Həzrət Əlinin həyat yoldaşı olan Fatimeyi-Zəhranın pak adını hərbi-siyasi maraqlara alət etmək, onu Ermənistana dəstək niyyəti ilə istifadə etmək – İslamı və bütün müqəddəsləri təhqir etməkdir.”

İlahiyyatçı bildirir ki, bu addım yalnız İran rejiminin deyil, bütövlükdə fars şüubiyyəsinin ikiüzlü siyasətindən qaynaqlanır: “Bu kod ad göstərir ki, məqsəd dini-siyasi qalxan qurmaqdır. Amma Fatimeyi-Zəhranın ismini Xocalı qatillərinin yanında çəkmək, bu müqəddəs adla onlara dəstək nümayiş etdirmək nə dini, nə insani baxımdan izah oluna bilər.”

Turan İrfan vurğulayıb ki, İslamın ilk ismət simasını – Fatimeyi-Zəhranı qorumaq, onun adını belə təhqirdən çəkinmək hər bir müsəlmanın müqəddəs borcudur:
“Əhli Beyti, xüsusilə də Fatimeyi-Zəhranı müdafiə etmək – yalnız onun şəxsini deyil, İslamın öz mahiyyətini müdafiə etməkdir.”

Oxşar xəbərlər