Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyası hər kəsin yolunu gözləyir

Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyası hər kəsin yolunu gözləyir

Vətənpərvər ziyalımız Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Hacı İldırım Allahyarovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyası hər kəsin yolunu gözləyir
Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyası hər kəsin yolunu gözləyir


Yayın nəfəstəngidən günlərində istirahətini daha səmərəli keçirmək, dincəlmək, gələcək sağlamlığına stimul yaratmaq, müalicə olunmaq hər kəsin ömür-gününə qayğısıdır. Dünyanın məşhur turizm mərkəzləri ilə bir vaxtda ölkəmizin də zəngin və möcüzəli təbiətinə vurğun olanlar əsrarəngiz gözəllikləri, qonaqpərvərliyi, sağlamlığına dəstək verdiyi yerləri heç vaxt unutmur. Nöbəti ildə də bu yadda qalan olayları görmək arzusu ilə günü-günə, ayı-aya qatır, bu anı səbirsizliklə gözləyir.
Axı ecazkar təbiəti, termal suları, zümrüd meşələri, qaynar gözlü bulaqlar, dağların köksündən süzülən şəlalələri necə unutmaq olar?

Çayın yatağındakı nəhəng sal daşlı qayalardan fəvvarə vurub qaynar-qaynar Viləşə qovuşan İsti su Ulu Tanrının qüdrətindən gözəllik, möcüzəlik alıb. Sanatoriyadakı bu ilki qələbəlik ötən illərdəkindən fərqlənir. Bunu meydançadakı ayrı-ayrı şəhər və rayonlardan gələn maşınların çoxluğundan da görmək olur. Yaxınlıqdakı istirahət mərkəzlərindən İsti suyun qarşısındakı meydançasına kimi insan axını var. Viləşin sahilində günəş vannası qəbul edənlər, at üstündə, təbiətin gözəlliyinə sığınıb, bulaq başında Şəlalə suyunun yığıldığı hövuzda, Mədə bulağında şəkil çəkdirənlərin çoxluğu bu qələbəliyi tamamlayır.

Bu,bütün varlığı ilə insanlara xidmət istəyindən doymayan Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarovun işgüzarlığının, vətənpərvərliyinin bəhrəsidir.
Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyası hər kəsin yolunu gözləyir
Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyası hər kəsin yolunu gözləyir

Oxşar xəbərlər