Erməni deputat: Bakı sonsuzadək gözləmək niyyətində deyil

Erməni deputat: Bakı sonsuzadək gözləmək niyyətində deyil Ermənistan tərəfi irəli sürülən şərtləri yerinə yetirməsə, Bakı İrəvanla müzakirə olunan sülh sazişindən hətta tamamilə imtina edə bilər.

Bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Onun fikrincə, Azərbaycan sonsuza qədər gözləmək niyyətində deyil. “Belə ki, Ermənistan müəyyən edilmiş vaxt çərçivəsində tələbləri yerinə yetirməsə, Azərbaycan tərəfi 17 bəndlik sülh müqaviləsi layihəsini “sıfırlamağa” tam hazırdır”, - o qeyd edib.

Erməni deputat əlavə edib ki, irəli sürülən şərtlər arasında ATƏT-in Minsk qrupunun ləğvi də var: “Buna qarşı ciddi müqavimət yoxdur. Bakı da Ermənistan Konstitusiyasının dəyişdirilməsində israrlıdır.

Ermənistan hakimiyyəti formal olaraq bu ehtimalı rədd etmir, lakin vurğulayırlar ki, bu, uzun və mürəkkəb prosesdir və onu bir-iki ay ərzində həll etmək mümkün deyil”.

Oxşar xəbərlər