![Simonyan: Azərbaycanla tarixi şansımız var](https://olke.az/photo/770x415/2025/02/12/1739344858_alen-simonyan.jpg)
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, bunun üçün əsasları var: “Çünki hələ Rusiya Ermənistanın suallarını cavablandırmayıb. 100 ildə bir dəfə gəlib Ermənistanı müdafiə şüarları altında erməni xalqını alver predmetinə çevirmək yolverilməzdir".
İrəvanla Bakı arasındakı sülh danıqşılarına gəldikdə isə Simonyan bunu deyib: “Ermənistanla Azərbaycanın müstəqilliyi və suverenliyi bir-biri ilə sıx bağlıdır. Bu baxımdan gələcək bizim əlimizdədir. Bizim bu məsələləri birdəfəlik həll etmək üçün tarixi şansımız var”.