İdmançının ölümündə şübhəli idi, şikayət olunmadı, qətlə yetirildi - Azərbaycanda

İdmançının ölümündə şübhəli idi, şikayət olunmadı, qətlə yetirildi - Azərbaycanda Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb.

27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəlidir.

A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan tüfəng götürülüb.

O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.

İdmançının ölümündə şübhəli idi, şikayət olunmadı, qətlə yetirildi - Azərbaycanda


Öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs imiş. Amil Surxayev isə mərhumun qardaşıdır.

Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda "Yeddi Gümbəz" qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atası şikayətçi olmadığı üçün O.Hacıyev azadlıqda olub.

Oxşar xəbərlər