Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik

Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik “Cümhuriyyət Xalq Partiyasının (CHP) özünün çalıb oynadığı oyunu izləyirik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"Son 5 gündə şahidi olduqlarımız Türkiyə kimi xalqın çox qeyri-adekvat ana müxalifət partiyası olduğunu bizə göstərdi. Aydın məsələdir ki, onlar bələdiyyə köşkünü belə idarə edə bilmirlər. Aradan 80 il keçməsinə baxmayaraq, zərrə qədər dəyişmədiklərini xatırladaraq, CHP-nin öz oyununu təbəssümlə izləməyə davam edəcəyik. Təxribatlarla vətəndaşların dincliyini pozmağı dayandırın, cəsarətiniz varsa, korrupsiyanın hesabını verin”, - dövlət başçısı deyib.

Qeyd edək ki, Ə.İmamoğlu martın 23-də həbs olunub./Report

Oxşar xəbərlər