Ərdoğandan sülh açıqlaması: “Qardaşımız Azərbaycanla iş davam edir”

Ərdoğandan sülh açıqlaması: “Qardaşımız Azərbaycanla iş davam edir” “Ankara Azərbaycan-Ermənistan arasında sülh prosesinin bağlanması üçün Bakı ilə koordinasiyalı işi davam etdirəcək”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasında deyib.

“Biz qardaş Azərbaycan və Ermənistanın bu istiqamətdə səmimi səylərini görürük və Ankara prosesi izləməyə davam edəcək. İndi davamlı sülh üçün unikal imkan var. Ümid edirik ki, kənar qüvvələr prosesi sabotaj edə bilməyəcək və tezliklə xoş xəbərlər eşidəcəyik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib.

O bildirib ki, oktyabrın 18-də İstanbulda “3+3” regional platformasının nazirlər toplantısı keçirilib. Ərdoğanın sözlərinə görə, platforma məhsuldardır və Ankara onu institusional platformaya çevirmək istəyir.

Xatırladaq ki, platforma görüşündə Rəcəb Tayyib Ərdoğan Ankaranın Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.

Oxşar xəbərlər