
APA xəbər verir ki, qəza nəticəsidə nümayəndəliyin digər əməkdaşı Fərzəliyev Rafət isə müxtəlif bədən xəsarətləri alıb.
Yaralı Bərdə diaqnostika mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ağdam-Füzuli yolunda baş verib.
Belə ki, Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.
Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.