
Lukaşenko bu barədə amerikalı bloqer Mario Naufala müsahibəsində danışıb.
O, Ukraynadakı münaqişənin dinc yolla nizamlanmasına dair danışıqların Belarusda keçirilə biləcəyini təklif edib: “İstəyirsiniz gəlin, Belarus sərhədindən Kiyevə qədər 200 kilometrdir. Təyyarə ilə yarım saat vaxt tələb olunur. Sakit, səs-küysüz razılaşarıq. Buna görə də Trampa çatdırın ki, onu burada Putin və Zelenski ilə birgə gözləyirəm”.