İsraillə sərhəddə olan orduya döyüş hazırlığı əmri verildi

İsraillə sərhəddə olan orduya döyüş hazırlığı əmri verildi Misirin müdafiə naziri Əbdülməcid Sakr İsraillə sərhəddə olan orduya döyüş hazırlığı göstərişi verib.

Bu barədə Misir ordusunun sözçüsü polkovnik Qərib Əbdül Hafiz məlumat verib.

Üçüncü Səhra Ordusu Səfərbərlik Komandanlıq Mərkəzləri Layihəsinin əsas mərhələsində Misir Müdafiə naziri Sakr və Misir Baş Qərargah rəisi general-leytenant Əhməd Fethi İbrahim Xəlifə ilə bir çox komandirin iştirak edib.

“Üçüncü Səhra Ordusunun üzvləri hər cür şəraitdə onlara həvalə edilmiş vəzifə və öhdəlikləri yerinə yetirə bilmələri üçün döyüş hazırlığını ən yüksək səviyyədə saxlamalıdırlar”, - Misirin müdafiə naziri Sakr deyib.

Qeyd edək ki, Misirin Üçüncü Səhra Ordusunun ən mühüm vəzifələrinə ölkənin Sinay yarımadası və Qəzza zolağı ilə sərhədlərinin təhlükəsizliyini təmin etmək daxildir.

Oxşar xəbərlər