“Fələstinə azadlıq” deyib zalı tərk etdilər - Video

“Fələstinə azadlıq” deyib zalı tərk etdilər - Video Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 149-cu Assambleyası zamanı israilli nümayəndələrə qarşı etiraz aksiyası təşkil edilib.

“Anadolu” agentliyi xəbər verir ki, hadisə İsrail nümayəndəsinə çıxış üçün söz verilərkən baş verib.

Bu zaman Türkiyə də daxil olmaqla bir neçə ölkənin parlament üzvü zalı tərk edib. Bəziləri zalı tərk edərkən “Fələstinə azadlıq” şüarları səsləndirib.

İclası tərk edənlər İsrail rəsmisinin çıxışı başa çatdıqdan sonra geri qayıdıblar.


Oxşar xəbərlər