"Milton" qasırğası filmlərdəki fəlakət səhnələrini xatırlatdı - DƏHŞƏTLİ VİDEO

Florida ştatını vuran Milton qasırğası ciddi fəlakətə yol açıb.

NBC xəbər verir ki, nəticədə ən azı iki nəfər həyatını itirib, 125-dən artıq ev dağılıb.

Elektrik enerjisinin kəsilməsi nəticəsində isə 2,2 milyondan çox abonent işıqsız qalıb.

Təbii fəlakət ştatda ciddi dağıntılara da yol açıb.

Milton qasırğası oktyabrın 10-na keçən gecə Florida ştatını vurub. Bir gün əvvəl o, beşinci kateqoriyaya qədər gücləndi, yəni küləyin sürəti 252 km/saatı keçib. Hazırda ikinci kateqoriyaya qədər zəifləyib.

Qasırğaya görə uçuşlar dayandırılıb.


Oxşar xəbərlər