Lukaşenkodan Paşinyana SƏRT SÖZLƏR: Axı sən özün Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edibsən

Lukaşenkodan Paşinyana SƏRT SÖZLƏR: Axı sən özün Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edibsən Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, son illər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır.

“Report” xəbər verir ki, bunu o, Belarusda yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə deyib.

“Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır, mən şəxsən onlara (Ermənistan hakimiyyətinə - red.) xəbərdarlıq etmişəm: əraziləri onlara (Azərbaycana – red.) ver. Üstəlik onlar (Ermənistan – red.) etiraf ediblər ki, bu “bizim ərazilər deyil. Bəli, bu bizim ərazilər deyil, Azərbaycanındır. Lakin biz verməyəcəyik, döyüşəcəyik”, – o vurğulayıb.

Belarus lideri qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb.

“Sonra [Paşinyan] Putindən xahiş etdi. Biz artıq ikimiz Paşinyandan istəməyə başladıq: “Problemi həll et”.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan buna belə cavab verib: “Xeyr, döyüşəcəyik”.

“Döyüşüb dincəldilər. Sonra Rusiyaya və ya hələ bizə acıqlanmağın adı nədir?Axı sən özün Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edibsən”, – dövlət başçısı bildirib.

Oxşar xəbərlər