Ağ Evdən Kremli sarsıdacaq addım

Ağ Evdən Kremli sarsıdacaq addım Kiyevə Rusiyanı vuracaq uzunmənzilli raketlərdən istifadəyə icazə verir.

ABŞ hazırda Ukraynanın Rusiyanın dərinliklərinə uzunmənzilli raketlərdən zərbə endirməsi ilə bağlı qoyulan məhdudiyyətin aradan qaldırılması üzərində işləyir.

ABŞ prezidenti Co Bayden belə bir məhdudiyyətin aradan qalıdırılması üzərində iş getdiyini təsdiqləyib: “Hazırda biz bunun üzərində işləyirik”.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə Ağ Evdən belə bir qadağanı ləğv etməyi xahiş etsə də, Ağ Ev administrasiyası buna razılıq vermirdi.

Cəbhənin müxtəlif istiqamətlərində rus qoşunlarının aktivləşməsi, eləcə də İranın Rusiyaya ballistik raketlərinin tədarükü Vaşinqton tərəfindən yeni çağırışlar və təhdidlər kimi dəyərləndirilir ki, bu da Bayden administrasiyasını əvvəlki qərarlarına yenidən baxmağa sövq edir.

Oxşar xəbərlər