Məhkəmə teleqramın təsisçisi Pavel Durovun 6 ay müddətinə Fransanı tərk etməsinə qadağa qoyub.
"Bu barədə "Paris Match" məlumat yayıb.
Qeyd olunur ki, Durov hazırda Parisin ən yaxşı məhəllələrində mənzil axtarır. O, bu həftənin sonunda yeni evə köçə bilər.
Xatırladaq ki, ötən ayın sonunda Parisin Le Burje hava limanında saxlanılan Pavel Durov 5 milyon avro girov müqabilində azadlığa buraxılıb. İş adamı 12 maddə üzrə cinayətlərdə iştirakda şübhəli bilinir. Ondan həftədə iki dəfə polis idarəsinə gəlmək tələb olunur. İddialara görə, Paveli 10 ilə qədər həbs gözləyir. Fransa Pavelin qardaşı, teleqramın əsl yaradıcısı adlandırılan Nikolay Durovu da axtarışa verib.(Axşam.az)