Lavrov: İrəvan-Ankara münasibətləri Qarabağ probleminin həlli konteksində mümkündür

Lavrov: İrəvan-Ankara münasibətləri Qarabağ probleminin həlli konteksində mümkündür Cənubi Qafqazda normmalaşma prosesi həlli vacib olan bütün digər problemlər fonunda, prinsipial olaraq Qarabağ probleminin həlli kontekstində baş verməlidir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasından danışarkən deyib.

“Biz bu məsələdə Türkiyə ilə əməkdaşlıq edirik. Türkiyənin Azərbaycanda təbii ki, çox ciddi təsiri var. Türkiyə, bizim köməyimizlə bir müddət əvvəl Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi başladı. İndi dalana dirənib, amma Türkiyənin marağı qalır və biz buna hazırıq. Yaxşı, aydındır ki, normallaşma Cənubi Qafqazda həll edilməli olan bütün digər problemlər fonunda, Qarabağ probleminin prinsipial həlli kontekstində baş verməlidir”, - Lavrov bildirib.

Oxşar xəbərlər