Səttar Mehbalıyevin yerinə nazir müavini seçildi

Səttar Mehbalıyevin yerinə nazir müavini seçildi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ AHİK-in avqustun 26-da keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib.

Xatırladaq ki, Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.

Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə” və "Tərəqqi” medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

Oxşar xəbərlər