İyulun 27-si Şimali Koreyanın şimal rayonlarına rekord dərəcədə güclü leysan yağıb, Amnok çayının suyunun səviyyəsi təhlükəli həddi xeyli keçib. Nəticədə Sinuiju şəhəri və Phenyan-Punkto əyalətinin Uiju mahalının 5 mindən çox sakini daşqın təhlükəsi olan ərazilərdə təcrid olunub.
“Qafqazinfo”nun Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumatına görə, ölkə lideri Kim Çen In iyulun 28-i həmin ərazilərə baş çəkib. O, güclü yağışdan zərər çəkmiş və daşqın təhlükəsi ilə üzləşmiş rayonların sakinlərinin xilas edilməsinə və təxliyəsinə şəxsən rəhbərlik edib.
Bildirilir ki, o, məsul qurumları belə fövqəladə hallara hazırlıq prosesində yol verdikləri səhlənkarlıqlarına görə tənqid edib. Qeyd edib ki, yerli hakimiyyət orqanları lazımi səviyyədə bir dənə də olsun xilasedici texnika ehtiyatı saxlamayıb və buna görə də ordunu cəlb etməli olublar. Bundan başqa, məsul məmurların təxliyənin baş verdiyi ərazilərdə əhali ilə bağlı dəqiq məlumatı olmayıb. Kim Çen Inın sözlərinə görə, xilas edilənlərin sayı yerli hakimiyyət orqanlarının məlumatlarını xeyli ötüb.
Məlumata görə, KXDR liderinin əmri ilə Koreya Xalq Ordusunun Hərbi Hava Qüvvələrinin helikopterləri və Hərbi Dəniz Qüvvələrinin xilasedici gəmiləri əməliyyata cəlb edilib.