Ermənistan və Hindistan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq Aprel döyüşlərindən sonra inkişaf etməyə başladı.
Bu sözləri Axar.az-a Ermənistanın Hindistandan ən böyük silah alıcısına çevrilməsi haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
O, silah satışının mərhələli şəkildə həyata keçiriləcəyini bildirib:
“2017-ci ildən sonra bir neçə dəfə qarşılıqlı səfərlər oldu. Hətta 44 günlük Vətən müharibəsinədək Ermənistan oradan bir neçə silah sistemi əldə etmişdi. Lakin onlar müharibədə özünü doğrulmadı və biz epizodik də olsa, həmin silah sistemləri və sairin rolunu görmədik. 2022-ci ildən etibarən isə biz Hindistanın Ermənistana müntəzəm formada “Pinaka” reaktiv yaylım atəş sistemi və “Akaş” HHM sistemlərinin göndərilməsi barədə xəbərləri almağa başladıq. İrəvanın bağlanan müqaviləyə əsasən 600 milyon dolları Dehliyə köçürəcəyi inandırıcı deyil. Adətən belə müqavilələr bir neçə illik imzalanır və həm silah sistemləri, qarşılığında pul köçürmələri mərhələli şəkildə həyata keçirilir. Ermənistan büdcəsi belə bir vəsaitin bir dəfəyə ödənilməsi gücündə deyil. Yəqin ki, mərhələli şəkildə ya pulu ödəyəcəklər, yaxud qarşılıq kimi hansısa istehsal sahələrini onların ixtiyarına verəcəklər”.
Ədalət Verdiyev sözügedən sistemlərin təhlükə törədəcəyi halda sərhəddəki nəzərdə tutulan yerinə çatmamış məhv ediləcəyini vurğulayıb:
“Ancaq burada bizi düşündürən əsas məsələ Ermənistanın niyə silahlanmasıdır. Adətən belə ölkələrə hücum silahlarından istifadəyə imkan verilmir. Tarixdə bunun örnəkləri var. Məsələn, İkinci Dünya müharibəsindən sonra faşist Almaniyası və onun müttəfiqləri olan İtaliya ilə Yaponiyaya nəinki silahlanmaya icazə verildi, hətta onların əllərindəki müəyyən hücum silahları və ağır artilleriya sistemlərinin bir qismi müsadirə edildi. Nədənsə məsələ işğalçı Ermənistana çatanda həm Qərbin, həm də onu dəstəkləyən digər dövlətlərin davranışları fərqli olur. Amma məqamı çatanda Azərbaycan onların kimdən və necə alındığına baxmayacaq. Silahlı Qüvvələrimiz sözügedən silah sistemlərinin əsgər və zabitlərimizin, eyni zamanda azad edilən ərazilərimizdə yaşayan vətəndaşların həyatına təhlükə yaradacaq məsafəyə yaxınlaşmasına və yerləşdirilməsinə imkan verməyəcək. Bunu Ermənistan və onu silahlandıranlar birdəfəlik dərk etməlidir. Davam edən silahlandırma prosesi Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasına gətirib çıxaracaq. Nəticədə ən böyük zərbəni erməni xalqı və Ermənistan alacaq”.
Xatırladaq ki, Hindistan Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi iqtisadi hesabatda Ermənistanın bu ölkənin ən böyük silah alıcısına çevrildiyi statistik göstəricilərlə qeyd olunub.