
" VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, əvvəlki qaydalara görə, şəhidin həyat yoldaşı dünyasını dəyişdiyi halda şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər:
"Yeni dəyişikliklər imkan verəcək ki, şəhidin statusu olmayan ailə üzvləri də mənzil ilə təminat hüququndan istifadə etsinlər. Son dəyişiklik şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi və mənzil təminatlarının yaxşılaşdırılması baxımından vacib sənəddir. Buna görə də, sosial təminat aspektindən əhəmiyyətli addımdır".
"Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi indiyədək mənzillə təmin olunub. Gözlənilir ki, bu kateqoriyadan olan bütün vətəndaşlarımız 2025-ci ilin sonunadək mənzillə təmin olunacaq", - deyə V. Bayramov əlavə edib.