
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.
“İndi, sadəcə, xahiş etmək lazımdır ki, bu adam xəstədir. Yoxlayırlar, görürlər ki, doğrudan da xəstədir, əsgərliyə yaramır, aparmırlar. Sağlam adamdırsa, yaxşı yol, əsgərlikdən qala bilməz. Yəni bütün bu məsələrlə bağlı çox şəffaflıq olacaq”, - deputat bildirib.