Azərbaycan Avropa İttifaqına üzv olan ölkələr ilə fəal işləyir

Azərbaycan Avropa İttifaqına üzv olan ölkələr ilə fəal işləyir

Dünya əhəmiyyətli, beynəlxalq səviyyəli Avropa ittifaqı 18 aprel 1951-ci il tarixində əsası qoyulub.Paris müqaviləsinə əsasən Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradilmasi ilə Avropa İttifaqının yaranması prosesi başa çatıb.Təşkilatin mənzil qərargahı Brüseldə yerləşir.Avropa ittifaqı nin əsas fəaliyyət prinsiplərini tətqiqatçılar aşağıdakı kimi qruplaşdırır.
1.Milli və ümumi maraqlar arasında balans yaradan dövlətlərarası və dövlətüstü qurumlarin mövcudluğu.
2.Avropa İttifaqı İnstitutu ilə milli dövlətlər arasında dəqiq səlahiyyət bölgüsü.
3.İnteqrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi.
4.Qəbul edilən qərarların müxtəlif təsnifatı.
Azərbaycan Avropa ittifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafinda maraqlıdır. 28 iyun 1996-ci ildə AŞPA-nin bürosu Azərbaycana “Xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etmişdir.
22 may 2000 –ci ildə Avropa Şurasinin Siyasi komitəsinin və insan hüquqları komitəsinin Kiprdə keçirilmiş iclasında Azərbaycan Avropa Şurasina tam hüquqlu üzv qəbul edilməsi üçün şərtlər irəli sürmüşdür. İrəli srürlən bu şərtlər daxilində 17 yanvar 2001-ci ildə Avropa şurasina tam hüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilişdir. Həmin ilin 25 yanvarinda isə Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinə dair qəbul edilmişdir.
Ölkəmiz 2009-cu ildən başlayaraq Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində əməkdaşlıq edir.Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və eləcə də ixrac tərəfdaşıdır.İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci ildə Brüsel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilmişdir və həmin sənəd həmin gündən qüvvəyə minmişdir.
Sənədlərdə tərəflər dövlətlərin beynəlxalq sərhədlərin qorunması ,bir-birilərinin müstəqilliyi və suverenliyinə hörmət etmək, öz aralarinda münasibətlərini daha da inkişaf etdirmək məqsədi daşıdıqlarını bildiridilər.
Azərbaycan Aİ daxil olan ölkələrlə əməkdaşlığı davam etdirir. Azərbaycan Respublikası və Aİ arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü ildə və 28 fevral 2014-cü il tarixində imzalan mışdır.Hər iki bağlanan saziş 2014-cü il 1 sentyabrda qüvvəyə minmişdir.
2013-cü ildə 5 dekabrda Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamədə Azərbaycan Respublikasi ilə Aİ arasında miqrasiya axınlarının müvafiq standartlara uyğun daha da yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığin daha da inkişaf etdirilməsi məqsədi ilə sənəd imzalanmışdır.
Ulu öndər müasir Azərbaycanın qurucusu Heydər Əliyevin uzaqgörən siyasətini davam etdirən Azərbaycan Respublikasının Ali Baş komandanı İlham Əliyev daim xarici ölkələrlə əməkdaşlıqları artıraraq onlari inkişaf etdirir.Həm iqtisaqdi, həm siyasi, həm mədəni əlaqələr genişləndirilir.

Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin
tarix müəllimi Səbinə Mürşüdova


Oxşar xəbərlər