
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi ilə birgə ilboyu suda boğulma və dəm qazı ilə bağlı maarifləndirmə işləri də aparılır:
"Məktəblinin dostu" layihəsi çərçivəsində 2016-2024-cü illərdə 13 min uşağa ilkin yardım göstərilib. Bu müddətdə 3100 dəfə təcili tibbi yardım çağırılma hadisəsi qeydə alınıb. Eyni zamanda bu illər ərzində şagirdlər arasında 20 min münaqişənin qarşısı alınıb".