![UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO](https://olke.az/photo/770x415/2024/05/08/1715115603_img_5698.jpeg)
Yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Fransanın PSJ kollektivi evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels fransızların qapısından keçirib. Bu komandalar arasında keçirilən ilk matçda da dortmundlular qələbə (1:0) qazanmışdı.
Qeyd edək ki, "Borussiya"nın finaldakı rəqibi mayın 8-i keçiriləcək "Real" (Madrid) - "Bavariya" görüşündən sonra bəlli olacaq.
![UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO](https://olke.az/file/articles/2024/05/08/1715115696_img_5697.jpeg)