Nikol Paşinyanın istefasını tələb edən “Birgə” müxalifət hərəkatı Ermənistanın baş naziri postuna keçmiş hökumət başçısı Qrant Baqratyanın namizədliyini irəli sürməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu haqda "Kavkazskiy uzel" nəşri məlumat yayıb.
Müxalifət dəfələrlə Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirib. Fevralın 29-da keçirilən mitinqdə “Birgə” ("Miasin") hərəkatının iştirakçıları Paşinyanın ərazi güzəştlərinə və keçmiş Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə yol verdiyini bildirərək tələblərini əsaslandırıblar.
“Birgə” ("Miasin") hərəkatı martın 13-də İrəvanın Azadlıq meydanında Nikol Paşinyanın istefası tələbi ilə yeni mitinq keçirib. Mitinqdə çıxış edən müxalifətçilər bildiriblər ki, Ermənistana dövlətin problemlərini həll edə biləcək yeni milli hökumət lazımdır.
"Ölkəni xilas etmək üçün erməni xalqı birləşməlidir, məqsədə çatmağın yeganə yolu budur: Paşinyanın istefası", - deyə mitinq iştirakçısı, Ermənistan parlamentinin keçmiş deputatı Xaçik Manukyan bildirib.
Siyasətçinin fikrincə, Nikol Paşinyan erməni xalqının maraqlarını təmsil etmir, lakin “təəssüf ki, onun vasitəsilə bütün erməni xalqı haqda fikir yürüdülür”. O əlavə edib ki, hərəkat Ermənistanın müxtəlif rayonlarının sakinləri ilə görüşlər təşkil etməyi planlaşdırır.
"Nikol Paşinyan və onun tərəfdarlarının hərəkətləri həddən artıq ciddidir, bu, xəyanətdən başqa bir şey deyil, çünki onların hakimiyyəti dövründə ermənilərə məxsus ərazilər kiçilib", - Ermənistan Nazirlər Kabinetinin keçmiş rəhbəri Hrant Baqratyan bildirib.
Hrant Baqratyan 1991-ci ilin sentyabr-noyabr aylarında Ermənistan hökumətinin başçısı vəzifəsini icra edib, 1993-1996-cı illərdə isə ölkənin baş naziri olub. Ermənistan parlamentinin saytında siyasətçinin arxiv tərcümeyi-halında deyilir ki, o, 2012-ci ildə Ermənistan Milli Konqresi partiyası blokundan Milli Assambleyaya deputat seçilib.
Onun sözlərinə görə, indiki hökumət korrupsiyanın aradan qaldırılması və vətəndaş azadlıqlarının təmin edilməsini öz xidməti sayır. Lakin bu, “yalan gündəmdir”: "Transparency İnternational" təşkilatının məlumatına görə, bu gün Ermənistanda əvvəlki hakimiyyətlərlə müqayisədə daha az azadlıqlar var və məhkəmələrdə korrupsiya problemi daha da pisləşib.
Baqratyan Paşinyanın güzəşt siyasətini və sərhədlərin iş prinsipini müəyyən etmədən naməlum xəritələrlə delimitasiyası planını da tənqid edib.