Bakı elan edib: Zəngəzur dəhlizi açılmasa… - NƏ BAŞ VERİR?

Bakı elan edib: Zəngəzur dəhlizi açılmasa… - NƏ BAŞ VERİR? Ermənistan Baş naziri Paşinyan yaxınlaşan müharibə ideyasını əsaslandırmağa çalışır. Bu əsaslandırmada yenə Zəngəzur dəhlizindən bəhs edərək, Rusiya və Türkiyəni də məsələyə qatır.

Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.

“Azərbaycan açıq şəkildə bildirib ki, Ermənistan Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana yol verməsə, dövlətimiz hərbi yolla buna nail olmağa çalışmayacaq. Bölgədə hər hansı bir hərbi toqquşmanın olması və yaxud Ermənistanın ərazisini işğal etmək Azərbaycanın marağında deyil. Rusiya və Fransa öz məqsədləri üçün bu cür fikirləri irəli sürürlər. Rusiya hərbi müttəfiqliyini pozmasın deyə, Ermənistanı bizlə və Türkiyə ilə qorxudur. Fransa isə Ermənistanda daha çox mövqeyə sahib olmaq üçün çalışır. Çox qısa müddətdə Fransa Ermənistana hərbi müşavirlərini təyin edib və silah satışını daha da artıb. İş o həddə çatıb ki, Fransa Ermənistanın daxili siyasətinə də qarışır. Rəsmi Paris daşnaklarla Paşinyanın münasibətlərini yaxşılaşdırmaq niyyətindədir. Azərbaycan tərəfi isə sülh sazişinə dair öz təkliflərini irəli sürüb və prinsipial olaraq bunu davam etdirmək niyyətindədir. Paşinyan hökuməti bölgədə Rusiyanı əvəz etməyə çalışan Fransa üçün geosiyasi dayaq rolunu oynamağa çalışır”, - Məmmədov bildirib.

Oxşar xəbərlər