Xankəndiyə kimlərin köçürülməsi nəzərdə tutulur? - Açıqlama

Xankəndiyə kimlərin köçürülməsi nəzərdə tutulur? - Açıqlama Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə məcburi köçkünlərin köçürülməsi prosesi ilə ciddi məşğul olur. Məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev söyləyib.

O bildirib ki, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur.

Oxşar xəbərlər