Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib

Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib
Beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər sübut edir ki, bu gün xalqların sülhə, əmin-amanlığa, tərəqqiyə, birgəyaşayışa daha böyük ehtiyacı var. Fəxrlə deyə bilərik ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev nəinki regionumuzda, eləcə də bütün dünyada sülhün bərqərar edilməsi üçün mümkün olan bütün addımları atıblar. Ümummilli lider Heydər Əliyevin BMT, ATƏT, AŞPA tribunaların¬dan səsləndirdiyi sülh çağırışları heç kə¬sin yadından çıxmayıb. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclaslarını apararkən, AŞPA Nazirlər Ko¬mitəsinin sessiyalarına sədrlik edərkən, Türk Dövlətləri Təşkilatının və Qoşulma¬ma Hərəkatının sədri kimi çıxışlarında səsləndirdiyi sülh çağırışları bütün dün¬yanın gözü qabağındadır.
Dövlət başçısı cənab İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışında qeyd etmişdir ki, Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.
Qarabağ münaqişəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbi daim sülh və ədalətin olması idi. Lakin öz çirkin əməllərindən əl çəkmək istəməyən erməni tərəfi danışılar prosesinə əngəllər törətməyə cəhd edir, hər yolla gərginlik yaratmağa çalışırdı. 2020-ci ildə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Erməni təxribatına cavab olaraq sentyabrın 27-də başlanan növbəti əks-həmlə 44 gündə Zəfərlə başa çatdı.
Qazanılan qələbədən sonra rəsmi Bakı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan ərazisində – Qarabağda ya¬şayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Azərbaycan 30 ilə yaxın¬dır ki, bu mövqeyini danışıqlar zamanı bütün səviyyələrdə bəyan edib və buna uyğun da təkliflərlə çıxış edib. Bildirilib ki, burada – azərbaycanlılarla bir yerdə yaşamış ermənilərin fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Göründüyü kimi, Azərbaycan sülh və sabitlik istəyir, əmin-amanlığa can atır.

Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova


Oxşar xəbərlər