Ölkəmizdə günü-gündən təhsilin keyfiyyəti yüksəlir, dövlət hesabına xaricdə təhsil alan tələbələrimizin sayı çoxalır, məktəblərin maddi-texniki bazası yaxşılaşır

Ölkəmizdə günü-gündən təhsilin keyfiyyəti yüksəlir, dövlət hesabına xaricdə təhsil alan tələbələrimizin sayı çoxalır, məktəblərin maddi-texniki bazası yaxşılaşır
90-cı illərdə xalqımız tarixin ağır sınaqlarından keçirdi. 20 Yanvar hadisəsi, ardınca torpaqlarımızın ard-arda işğalı, millətimizdə fikir ayırlığının yaranması Azərbaycanın müstəqil dövlətə çevrilə biləcəyini şübhə altında qoyurdu. Bir tərəfdən xarici dövlətlərin müdaxiləsi bu prosesi daha da gücləndirirdi.
Hələ 60-cı illərdən Azərbaycanın xəyal və arzularını, milli maraqlarını müdafiə edən Ümummilli lider Yeni Azərbaycan Partiyasını yaradaraq hakimiyyət başına gəldi. Partiyanın təsis konfransı yeni nizamnamə və proqram qəbul etdi. Qısa müddətdə YAP artıq işləri ilə öz sözünü demiş oldu, xalqın qəlbində ümid çırağını yaratdı. Artıq xalq bir amal,bir məqsəd ətrafında birləşməyə başladı.
Prinsiplər sistemində də əks olunduğu kimi müstəqillik,Azərbaycançılıq, dövlətçilik, sosial-ədalət, sağlam rəqabət,müasirlik, qanunun aliliyi və s. mütərəqqi ideyaların daşıyıcısı olan bu partiya bu gün də Cənab İlham Əliyevin uğurlu siyasəti ilə daha da möhkəmlənib inkişaf edir. Cənab prezidentimiz partiyanın 11 strateji hədəfini əsas tutaraq Ulu Öndərin yolu ilə gedib şəffaflığın artığı, vətəndaş cəmiyyətinin, Azərbaycan dilinin inkişaf etdirildiyi,həmrəyliyin yaradıldığı, uğurlu xarici və daxili siyasətin aparıldığı bir cəmiyyətin qurucusuna və ən əsası sözün tam mənasında bütöv Azərbaycan, qalib Azərbaycan adını millətinə bəxş edən liderə çevrildi.
İqtidarin 20 ildə hakimiyyətdə olduğu dövrdə dövlətimiz yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Ölkəmizdə neft sektoru ilə yanaşi qeyri-neft sektoru da inkişaf edib. Əmək haqları hər il nəzərəçarpacaq dərəcədə artmaqdadır, bu da xalqın rifahının yaxşılaşması deməkdir.
Rayonlarımızın, Bakı ətrafı kəndlərimizin müasir səviyyədə abadlaşdırılması, maddi-mədəni abidələrimizin bərpası,mədəni irsimizin qorunması iqtidarın həyata keçirdiyi tədbirlər siyahısında yer almaqdadır.
YAP-ın inkişafına önəm verdiyi sahələrdən biri də təhsil sahəsidir. Ölkəmizdə günü-gündən təhsilin keyfiyyəti yüksəlir,dövlət hesabına xaricdə təhsil alan tələbələrimizin sayı çoxalır, məktəblərin maddi-texniki bazası yaxşılaşır. Bundan başqa YAP Azərbaycanda demokratik və hüquqi, dünyəvi dövlət və azad cəmiyyətin təməlini yaratmiş,inkişaf etdirmişdir. İrqindən,dinindən,dilindən asılı olmayaraq qanun qarşısında hər kəsin bərabərliyini təmin etmişdir. Məhz bunun sayəsində 2-ci Qarabağ müharibəsində bu torpaqda yaşayan hər bir vətəndaş bir yumruq altında sıx birləşdi və birlik nümayiş etdirərək dövlət rəhbərimizin komandanlığı altında torpaqlarımızı düşmən işğalından azad edə bildik.
Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin uğurlu siyasəti ilə Azərbaycanı xoşbəxt gələcəyə aparan dünənimizin,bu günümüzün və nəhayət, gələcəyimizin partiyasıdır.

Balaxanı qəsəbəsi, 69 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfa Nuriyeva

Oxşar xəbərlər