27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır

27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır
Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kvadrat km olan rayonun relyefi əsasən düzənlik,qismən dağlıqdır.
Ağdam rayonu Azərbaycanın qədim,füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində Kür-Araz ovalığının qərbində yerləşir.Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır.
1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhv Ağdam rayonuna gətirilmişdi.1993 -cü il iyulun 4 -də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış,şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.23 iyul 1993 -cü il tarixində Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olundu.
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonunun 77,4 faizini işğal etməyə nail oldular.Ağdamın müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə minlərlə insan şəhid olmuş,fiziki şikəstlik qazanmış və 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdür.
Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra ağdamlılarla keçirdiyi hər bir görüşündə onların bir gün doğma yurdlarına qayıdacaqlarına inam hissi yaradırdı. Ulu Öndər ağdamlılarla görüşü zamanı demişdir: “Ağdam rayonu o vaxt bizim ən varlı rayonlarımızdan biri idi. Çünki Ağdamın çox gözəl torpağı var, çox gözəl təbiəti var, çox fədakar, zəhmətkeş insanları var. Ağdam Azərbaycanın inkişafında çox böyük rol oynamışdır. Ağdamdan olan insanlar Azərbaycanın elmini, mədəniyyətini inkişaf etdirmişlər. Azərbaycanın dövlət orqanlarının yaradılmasında, inkişaf etdirilməsində fəal iştirak etmişlər. Bu da həm ağdamlıların sərvətidir, həm də bütün Azərbaycan xalqının sərvətidir”.
2020 -ci il sentyabrın 27 -də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud sürətdə pozaraq,müxtəlif növ silahlardan o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla növbəti hərbi təxribatı törətdilər.Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatları başlandı.
Azərbaycan Respublikasının suverənliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz,arxa cəbhədə çalışan mülki insanlarımız,bütövlükdə xalqımız əzm və iradə,bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək,düşmənə sarsıdıcı zərbələr endirmişdilər. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşanı işğaldan azad etmişdir.
Bununla Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikasının Prezidentinin,Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərində olublar.Dövlət başçısı Azərbaycanın üçrəngli bayrağını qaldırıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır,yeni infrastruktur qurulur,şəhər dirçəldilir. Bu gün Ağdam həm də minalarla ən çox çirkləndirilən ərazilərimizdən biridir. Ağdam sürətlə minalardan təmizlənir. Həyata keçirilən tədbirlər tam əminlik yaradır ki, keçmişdə “Qafqaz Xirosiması” adlandırılan Ağdam yaxın zamanda “Qafqazın cənnəti”nə çevriləcək və dünya üçün örnək olacaq. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən hər il noyabrın 20-si Ağdam şəhəri günü kimi təntənəli şəkildə qeyd olunacaq. Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Gülbəniz Əminova


Oxşar xəbərlər