Bu görüş sülhyaratma prosesində məhz Azərbaycanın təklif etdiyi prinsiplər çərçivəsində irəliyə doğru mühüm addımdır

Bu görüş sülhyaratma prosesində məhz Azərbaycanın təklif etdiyi prinsiplər  çərçivəsində irəliyə doğru mühüm addımdır
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dünyanın siyasi elitasının toplaşdığı bu nüfuzlu beynəlxalq tədbirdə aparılmış müzakirələr hamını narahat edən aktual mövzulara həsr olunmuşdur. Bu ilki Münxen Təhlükəsizlik Konfransı da Azərbaycanın milli və dövlətçilik maraqlarının təbliği və təşviqi ilə xarakterizə olundu. Prezident İlham Əliyevin sərgilədiyi mövqe Azərbaycanın Cənubi Qafqaz regionunda aparıcı dövlət olmaqla yanaşı, qlobal miqyasda rolunun daha da güclənməsinin təcəssümüdür. Ölkə başçısı həm işğal dövründə, həm də ondan sonrakı müddətdə Azərbaycanın sülhə, sabitliyə, əməkdaşlığa əlaqələrin formalaşmasına vermiş olduğu önəm Münxen Təhlükəsizlik Konfransının gündəliyində daha qabarıq görünürdü. Cənab İlham Əliyevin bu ilki Münxen Təhlükəsizlik Konfransına dəvət olunan az sayda dövlət başçıları sırasında olması Lider kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, eyni zamanda, ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzuda və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun nümayişidir. Enerji təhlükəsizliyi və digər kommunikasiya məsələlərində Azərbaycanın sərgiləmiş olduğu mövqe qlobal miqyasda qarşılıqlı maraqların daha aktiv şəkildə qorunmasına xidmət edir. Əvvəlki toplantılardan fərqli olaraq Azərbaycan bu dəfəki Münxen Təhlükəsizlik Konfransında qalib, ərazi bütövlüyünü, beynəlxalq hüququ bərpa etmiş bir dövlət kimi qatıldı. Azərbaycan həmçinin BMT-nin ərazi bütövlüyü ilə bağlı çıxarmış olduğu 4 məlum qətnaməni təkbaşına icra etmiş dövlət kimi beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə olan birmənalı yanaşmanı ortaya qoydu.
Bu görüş sülhyaratma prosesində məhz Azərbaycanın təklif etdiyi prinsiplər çərçivəsində irəliyə doğru mühüm addımdır. Belə ki, dövlətimizin başçısı bir çox məsələlərin, o cümlədən Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlərin müzakirə olunduğu tədbirin nəticələrindən nikbinliklə danışmışdır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə daimi sülhün təmin edilməsi məqsədilə Ermənistana 5 maddədən ibarət beynəlxalq hüququn prinsiplərinə uyğun sülh təklifi göndərib. Ölkəmiz məhz qarşılıqlı olaraq ərazi bütövlüyü, sərhədlərin tanınması və bir-birinin daxili işinə qarışmamaq prinsipi ilə yeni reallıqda sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu bəyan edib. Münxen Təhlükəsizlik Konfransında da Azərbaycan Prezidentinin sərgilədiyi mövqe məhz bu əsaslara söykənirdi.
Dövlət başçımızın mətbuata açıqlamasından belə qənaətə gəlmək olur ki, rəsmi İrəvan Azərbaycanın bu məsələdə mövqeyinin qətiyyətli olduğunu və haqlı mövqeyindən geri çəkilməyəcəyini anlamağa başlayıb. Əslində, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın qiymətləndirildiyinə dair kifayət qədər ciddi amildir.
Beləliklə, Prezident İlham Əliyev Münxendə Azərbaycanın sülhsevər mövqeyini qlobal müzakirə platformasında bir daha diqqətə çatdırdı. Dövlət başçımız vurğuladı ki, Azərbaycan və Ermənistanın düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva

Oxşar xəbərlər