“Nikosayağı”nın qəza törətdiyi avtomobilin yeni görüntüləri - VİDEO

“Nikosayağı”nın qəza törətdiyi avtomobilin yeni görüntüləri - VİDEO "Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin qəza törətdiyi avtomobilinin yeni görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, videoda blogerin "Porsche” markalı 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobilinin evakuatorla aparıldığı kadrlar əks olunub.

Sözügedən görüntülər sosial platformalarda yayılıb.

Məlumat üçün bildirək ki, ötən gün gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 30 yaşlı bloger Nicat Şakirli idarə etdiyi avtomobilini qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi "Scania” markalı yük avtomobilinə vurub.

Qəza nəticəsində Nicatın maşınındakı Gəncə şəhər sakini Ruslan Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Oxşar xəbərlər