Göygöl Rayon İcra Hakimiyyətində görüşlər sakinlər tərəfindən hər zaman razılıqla qarşılanır

Göygöl Rayon İcra Hakimiyyətində görüşlər sakinlər tərəfindən hər zaman razılıqla qarşılanır Göygöl Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib

Göygöl Rayon İcra Hakimiyyətində görüşlər sakinlər tərəfindən hər zaman razılıqla qarşılanır


Göygöl Rayon Heydər Əliyev Mərkəzində Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirilmişdir.
İclasda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, əlaqələndirmə komitəsinin digər üzvləri, rayonda fəaliyyət göstərən sahibkarlar və fermerlər iştirak etmişdir.
Arzu Qocayev iclası giriş sözü ilə açaraq rayon əhalisinin məşğulluğunun təmin edilməsi istiqamətində Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, bu sahədə məqsədyönlü işlərin görüldüyünü və yeni iş yerlərinin yaradıldığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasının təmin olunması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
İclasda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmənin təmin edilməsi və digər məsələlər haqqında müzakirələr aparılmışdır.
Mövzu ilə bağlı Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov çıxış edərək komitə tərəfindən görülən işlərlə bağlı fikir bildirmiş və Dövlət Məşğulluq Agentliyinin icra etdiyi mövcud layihələr barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr, görüləcək işlər müzakirə olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Göygöl Rayon İcra Hakimiyyətində görüşlər sakinlər tərəfindən hər zaman razılıqla qarşılanır
Göygöl Rayon İcra Hakimiyyətində görüşlər sakinlər tərəfindən hər zaman razılıqla qarşılanır
Göygöl Rayon İcra Hakimiyyətində görüşlər sakinlər tərəfindən hər zaman razılıqla qarşılanır
Göygöl Rayon İcra Hakimiyyətində görüşlər sakinlər tərəfindən hər zaman razılıqla qarşılanır


Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün istiqamətlərdə olduğu kimi informasiya cəbhəsində də Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək üçün hər zaman qətiyyətlə və əzmlə mübarizə aparır. Ölkə başçımız həm 44 günlük Vətən müharibəsi dövründə, həm də tarixi Zəfərimizdən sonrakı dövrdə dünyanın aparıcı televiziya kanallarına çoxsaylı müsahibələr vermişdir. Prezident İlham Əliyev öz müsahibələrində həmişə Azərbaycanın beynəlxalq hüquq normalarına söykənən ədalətli mövqeyini tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bütün bunlar isə Ermənistanın ölkəmizə qarşı apardığı saxta informasiya təbliğatının qarşısının alınmasında çox önəmli rol oynayır. Azərbaycan haqlı tərəfdir və haqq səsimiz də dövlət başçımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Göygöl Rayon İcra Hakimiyyətində görüşlər sakinlər tərəfindən hər zaman razılıqla qarşılanır

22 iyul 2023-cü il tarixində Şuşada “Euronews” televiziya kanalına Prezident İlham Əliyevin verdiyi müsahibədə Ermənistan cəmiyyətinə ünvanlanmış önəmli mesajlar var idi. Ölkə başçımız Azərbaycanın Ermənistan ilə apardığı sülh danışıqlarının gedişatı barədə ətraflı məlumat verdi və qeyd etdi ki, yekun sülh beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq imzalanmalıdır. Azərbaycanla Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr qurulanda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların öz doğma ata-baba torpaqlarına qayıtmaq hüququ var. Ermənistan dövləti soydaşlarımızın bu hüququnu tanımalıdır. Həmçinin də erməni icması Azərbaycan tərəfinin və beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Ermənistan həqiqətən sülh istəyirsə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmalıdır.

“Euronews” televiziya kanalına verilən müsahibədə dövlət başçısı İlham Əliyev tərəfindən səsləndirilən digər bir mühüm mesaj ondan ibarət oldu ki, ermənilər üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Ermənistanın bu gerçəyi anlaması və qəbul etməsi Cənubi Qafqazda qalıcı sülhə doğru atılmış mühüm addım olar. Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunun tikintisi başlayanda, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında müsbət istiqamətdə təmaslar olmuşdu. Belə təmaslar isə sülh prosesinə müsbət töhfələr verir və qarşılıqlı etimad mühiti yaradır.
Göygöl Rayon İcra Hakimiyyətində görüşlər sakinlər tərəfindən hər zaman razılıqla qarşılanır

Qarabağda yaşayan etnik ermənilər bir həqiqəti də başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Azərbaycanda müxtəlif etnik azlıqların nümayəndələri sərbəst şəkildə yaşayırlar və onlar Azərbaycan cəmiyyətinin bir parçasıdırlar. Azərbaycan bayrağı altında yaşamağa hazır olan, Azərbaycan qanunlarına hörmətlə yanaşan hər bir vətəndaşın təhlükəsizliyi, hüquq və azadlığı Azərbaycan dövləti tərəfindən lazımi səviyyədə təmin ediləcəkdir.

Oxşar xəbərlər