Elmir Bağırov: Mövqeyimiz aydındır

Elmir Bağırov: Mövqeyimiz aydındır Saatlı rayonu Dəlilər kəndində səyyar qəbul keçirildi
Elmir Bağırov: Mövqeyimiz aydındır

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov iyul ayının 27-si Dəlilər kəndinin sakinləri ilə görüşüb.Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Sakinləri salamlayan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən işlər və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verdi. İcra başçısı həmçinin qəbullar və vətəndaş müraciətlərinin operativ həllinə dair statistika bölüşdü və bildirdi ki, müraciətlərin əksəriyyəti öz müsbət həllini tapır. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Şükürov Ədalət, Cahangirov Əzizağa, Əmiraslanov Münasib və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Elmir Bağırov: Mövqeyimiz aydındır
Elmir Bağırov: Mövqeyimiz aydındır
Elmir Bağırov: Mövqeyimiz aydındır


Saatlı rayonu Nərimanov kəndində səyyar qəbul keçirildi
Elmir Bağırov: Mövqeyimiz aydındır

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov iyul ayının 20-si Nərimanov kəndinin sakinləri ilə görüşüb.Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Ağayev Nəsir, Qasımov Şirin, Novruzov Natiq və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Elmir Bağırov: Mövqeyimiz aydındır
Elmir Bağırov: Mövqeyimiz aydındır
Elmir Bağırov: Mövqeyimiz aydındır


Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov - Prezident İlham Əliyevin dünyanın nüfuzlu televiziya kanallarına, eləcə də qəzet və informasiya agentliklərinə müsahibələrində Azərbaycanın diplomatik cəbhədə və informasiya müharibəsində düşmən üzərində böyük üstünlük qazanması daim önə çəkilir. Prezident İlham Əliyev müsahibələrində münaqişənin tarixi, indiki vəziyyəti və Azərbaycanın ədalətli mövqeyi barədə müfəssəl açıqlamalar səsləndirməklə, ölkəmizə qarşı köklənmiş qüvvələrə layiqli cavablar verir və xalqımızın haqlı mübarizəsində erməni havadarlarına tutarlı mesajlar göndərir. Prezidentin müsahibələri eyni zamanda Azərbaycan həqiqətlərinin, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbədir.

Avqustun 2-də “Euronews” telekanalına verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm siyasi proseslərlə bağlı mövqeyini bir daha bəyan etdi, Azərbaycan-Ermənistan münasibətlərinin son vəziyyəti, regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər ilə bağlı sualları cavablandırdı.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdıran Prezident İlham Əliyev qeyd etdiyi kimi: Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq.

Azərbaycanın tarixinə uğurla həkk olunan 44 günlük Vətən müharibəsinin bitməsindən ötən dövr ərzində ölkəmiz Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərdiyi halda, Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir, rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəmir.

“Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə - siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq”. Prezident İlham Əliyevin Qalib Azərbaycanın hərb meydanında da, informasiya məkanında da qazandığı qələbələri dünya ictimaiyyətinin bir daha diqqətinə çatdıraraq, Azərbaycan haqq yolunun əbədi olduğunu qeyd edib.

Müsahibədə real prosesləri, Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı beynəlxalq səviyyədə yaranmış vəziyyəti diqqətə çatdıran Prezident bildirib ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdır. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər. Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir. Ona görə də rəsmi İrəvan sülhə gəlməyin nə qədər zəruri olduğunu anlamalıdır.

Daim regionda sülh və əməkdaşlığın təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edən ölkəmiz Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını da öz üzərinə götürməyə hazırdır. Prezident İlham Əliyevin dediyi kimi, “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.

Azərbaycan 44 günlük İkinici Qarabağ müharibəsində tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi. 30 ilə yaxın işğal dövründə Azərbaycan ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından bəyan etdi ki, ikili standartlara əsaslanan siyasətə son qoyulsun, həqiqətlərə ədalət prinsipi əsasında yanaşılsın. Nəhayət, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində dünya güclərinin 30 ilə yaxın dövrdə icra edə bilmədikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi, 30 illik işğala son qoydu.

Bu gün qalib Azərbaycan regionda sülhün təmin olunmasının tərəfdarıdır. Qalib Azərbaycanın qalib Prezidentinin dediyi kimi: biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.

Oxşar xəbərlər