DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV QABAQTƏPƏ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV QABAQTƏPƏ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB Fevralın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu Qabaqtəpə kəndində olub. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Qəbulun əvvəlində qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İcra başçısı Əhəd Abıyev giriş nitqində bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığı ilə Daşkəsəndə əhalinin problemlərinin yerlərdə öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, onlar dinlənilir, qayğıları daim diqqət mərkəzində saxlanılır.

Əhəd Abıyev çıxışında həmçinin dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasətdən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarının uğurla icrasından söz açıb, habelə Daşkəsəndə görülən işləri və qarşıda duran vəzifələri qeyd edib.

Sonra sakinlərin məşğulluq, şaxtalı hava şəraiti ilə əlaqədar içməli su təminatında müvəqqəti yaranmış problemlər və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. İcra başçısı Əhəd Abıyev müraciətlərin həll olunması üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Qabaqtəpə kənd sakinləri problemlərinin həllinə və hər zaman onlara göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər