Vüsal Kərimlidən BNA-da keçirilən əməliyyatla bağlı AÇIQLAMA

Vüsal Kərimlidən BNA-da keçirilən əməliyyatla bağlı AÇIQLAMA Xəbər verdiyimiz kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirib.

Manset.az məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli ilə əlaqə saxlayıb. O, açıqlamasında qurumda əməliyyat keçirildiyini təsdiqləyib:

“Mən hazırda məzuniyyətdəyəm. Bəli, BNA-da əməliyyat keçirilib, istintaq aparılır. Saxlanılanlarla və mənimlə bağlı aidiyyəti qurum məlumat verəcək. Xeyr, mənimlə bağlı hələ ki problem yoxdur, dəvət olunmamışam”.

Oxşar xəbərlər