Bakıda bu avtobuslarda gedişhaqqı endirildi

Bakıda bu avtobuslarda gedişhaqqı endirildi Bakıda M8 ekspress marşrut xətti üzrə gediş haqqı tarifi 0,35 AZN-ə dəyişdirilib.

Bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.

Məlumata əsasən, Bakı Nəqliyyat Agentliyi Maştağa qəsəbəsi - “Gənclik” metro stansiyası arasında fəaliyyət göstərən M8 ekspress marşrut xəttini adi rejimə keçirib.

Qeyd edək ki, bu marşrut xətti üzrə gediş haqqı tarifi 0,40 AZN idi.

Oxşar xəbərlər