Rusiya Paşinyana hara qədər badalaq vura bilər... - GƏLİŞMƏ

Rusiya Paşinyana hara qədər badalaq vura bilər... - GƏLİŞMƏ Paşinyanın keçirdiyi mətbuat konfransında Qarabağı Azərbaycan ərazisi olaraq tanıması ilə bağlı verdiyi açıqlama Ermənistanı və Qarabağ separatçılarını qarışdırıb. Xüsusən separatçılar açıq şəkildə Paşinyana qarşı çıxaraq qondarma parlamentdə Paşinyanın bu qərarını tanımadıqlarını elan edən bir bildiriş qəbul ediblər.

Separatçıların Paşinyana qarşı çıxması İrəvanla separatçılar arasında hansı proseslərə yol aça bilər? Separatçıların təxribatları sülh prosesini əngəlləyə bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Ermənistanın baş nazirinin dünənki çıxışının bir nəbz yoxlanışı olduğunu düşünən ekspert əlavə edib ki, Paşinyan sülh sazişindən öncə erməni xalqından gələcək reaksiyanı öyrənmək istəyir:

“Paşinyanın dünənki açıqlamalarını çox mühim hesab edirəm. Bundan öncədə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, dünən ilk dəfə xüsusi Qarabağ qeydi ilə bunu dedi. Paşinyanın ilk dəfə erməni cəmiyyəti qarşısında bunu deməsi sülh sazişinin artıq yekun mərhələdə olmasının işarəsidir.

Eyni zamanda bu bir nəbz yoxlanışı idi. Paşinyan sülh sazişindən öncə erməni xalqından gələcək reaksiyanı öyrənmək istəyir. Hər bir halda bunun hələlik sözdə belə etiraf edilməsi ciddi bir məsələdir. Bütün bunlar əlbətdə bizim xeyrimizə olan amillərdəndi. Artıq hamımızın gözlədiyi Xankəndi, Xocalı məsələsinin də öz həllini tapması yaxındır.

Separatçıların proseslərə mane olmaq cəhdləri haqqında deyə bilərəm ki, burada əlbətdə, Rusiyanın da əli var. Erməni əsilli rusiyalı milyarder Ruben Vardaryanda çox gecikmədən açıqlama verdiki biz “Artsax” xalqı olaraq bunu heç vaxt qəbul etməyəsiyik.

Eyni zamanda mayın 25-i rusiyada prezidentlərin üç tərəfli görüşünüdə kritik sayıram. Rusiya Cənubi Qafqaz regionunda öz mövqelərini itiriməməkdən ötəri əlindən gələni edəcək. Hətta, üç tərəfli görüşdən sonra, Putin istədiyi nəticəni almasa, bölgədə separatçılar tərəfindən yeni təxribatların olmasıda istisna deyil. Bu səbəbdən Azərbaycan tərəfi olaraq bizdə bunu diqqətdə saxlamalı və Rusiya tərəfindən heç bir provokasiyaya getməməliyik.

Hesab edirəm ki, 28 mayda Türkiyədə keçiriləcək seçkilərdən və Ərdoğanın qalib gəlməsindən az müddət sonra Paşinyan bizim diktə etdiyimiz şərtlər əsasında sülh sazişini imzalayacaq”.

Oxşar xəbərlər