Mustafa Desticidən seçki açıqlaması: “Gözləntimiz birinci turda qazanmaqdır”

Mustafa Desticidən seçki açıqlaması: “Gözləntimiz birinci turda qazanmaqdır” Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici seçkilərin nəticələri ilə bağlı mövqeyini açıqlayıb.

Partiyasının qərargahında jurnalistlərə açıqlama verən Destici seçkilərdə səsvermənin nəticələrini şərh edərək bunları deyib: “Prezidentliyə namizədimiz cənab Rəcəb Tayyib Ərdoğan səslərin təxminən 50 faizini alıb. Gözləntimiz odur ki, seçkiləri birinci turda qazanmaqdır. Ümid edirəm ki, xarici səslərin hesablanması başa çatdıqdan sonra bu, 50 faizi keçəcək və birinci turda seçkidə qalib gələcək”.

Seçkinin ikinci tura keçmə ehtimalına toxunan Destici deyib: “Belə bir nəticə olarsa, BBP gücü ilə prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək”.

Oxşar xəbərlər