Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tarixi və yeri müəyyənləşdi

Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tarixi və yeri müəyyənləşdi Sabah ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

Report xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundunun keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər