Bəzi sayt rəhbərləri Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovdan nə istəyirlər?!

Bəzi sayt rəhbərləri Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovdan nə istəyirlər?! Bəzi sayt rəhbərləri Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovdan nə istəyirlər?!


ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz - Aydın Talıbov


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovdur.


Bəzi sayt rəhbərləri Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov nə istəyirlər?!


HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......


Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbərdir. Bu şəxs kimdir?


Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.


Gundelikxeber.com-ın əməkdaşlarının araşdırması nəticəsində sorğu keçirdik. Bir ağızla dedilər: Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov - Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin keçdiyi həyat yolu, müasir və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi Ulu öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ideologiyanın yüksəlişinə təkan vermişdir.
Azərbaycana rəhbərliyinin ilk onilliyində Heydər Əliyev respublika iqtisadiyyatında, sözün əsl mənasında, inqilabi dəyişikliklərə nail olmuş, yüzlərlə yeni müəssisə tikilmiş, neft-maşınqayırma sənayesinin yeni sahələri yaradılmış, yol təsərrüfatı yenidən qurulmuş, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə başlamışdı. Həmin illərdə Azərbaycanın şəhər və qəsəbələrinin, kəndlərinin siması nəzərəçarpacaq dərəcədə dəyişmiş, insanların rifah halı xeyli yaxşılaşmışdır. Azərbaycanın qısa bir müddətdə SSRİ-də qabaqcıllar sırasına çıxması Heydər Əliyevin respublikamızın gələcəyinə ünvanlanan strateji planlarının həyata keçirilməsinə şərait yaradırdı. Ümummilli lider müstəqillik illərində həmin dövrü xatırlayarkən demişdir: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.
Ulu öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir. Ulu öndərin məqsədyönlü iqtisadi siyasəti xammal və kənd təsərrüfatı respublikası olan Azərbaycanın qabaqcıl sənaye regionuna çevrilməsi, aqrar sahədə irəliləyişlərə və yüksək göstəricilərə nail olunması, yeni sənaye müəssisələrinin və istehsal sahələrinin yaradılması, qabaqcıl texnologiyaların tətbiqi və s. amillərə görə ittifaq miqyasında uğurlarla fərqlənməsi ilə nəticələndi.
XX əsrin 70-ci illərinin əvvəllərinədək Azərbaycanın iqtisadi və sosial inkişafında həll olunmamış çoxlu problemlər mövcud olmuş, respublikanın malik olduğu iqtisadi, elmi-texniki və humanitar potensialdan tam dolğun və səmərəli şəkildə istifadə edilməmiş, bu isə istər-istəməz sosial-iqtisadi inkişafın ümumi səviyyəsinin o vaxtkı orta ittifaq göstəricilərindən aşağı olması ilə nəticələnmişdir. Ağır iqtisadi və sosial şəraitdə respublikada rəhbərliyə gələn Heydər Əliyev həmin vaxt üçün mövcud olan vəziyyəti uzaqgörənliklə düzgün qiymətləndirmiş, iqtisadiyyatda, sosial-mədəni və mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini, iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş yaradılmasını başlıca vəzifə kimi müəyyənləşdirərək çox qısa zaman kəsiyində bütün əsas göstəricilər üzrə Azərbaycanın keçmiş SSRİ-də öncül mövqelərə çıxmasını təmin etmişdir. Bu uğurun təzahürü kimi iqtisadiyyatın maddi-texniki bazasının və maliyyə təminatının möhkəmləndirilməsi və buna rəvac verən iqtisadi proseslərin dinamik inkişafının təmin edilməsi son dərəcə gərgin və ardıcıl işin, düzgün və səmərəli idarəetmənin nəticəsi kimi meydana çıxmışdır.
Maddi istehsalın bütün sahələrində, xüsusən sənayedə, kənd təsərrüfatında, tikintidə aparılan dərin struktur-keyfiyyət dəyişiklikləri iqtisadiyyatda nəzərə çarpacaq yüksəlişin əldə olunmasına zəmin yaratmışdır.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi şəraitdə iki mühüm vəzifənin - müstəqil dövlətimizin məhv olmaq təhlükəsinin aradan qaldırılması, yəni dövlət müstəqilliyimizin qorunub saxlanması və demokratik dövlət quruculuğunun həyata keçirilməsi vəzifələrinin həlli istiqamətində islahatlara başladı. İslahatların həyata keçirilməsində hər bir sahəyə məxsus olan spesifik xüsusiyyətləri nəzərə alan Ümumilli lider bu islahatların son nəticə etibarilə sosialyönümlü olmasının hədəf kimi seçilməsini xüsusilə zəruri hesab edirdi. Bu yanaşma eyni zamanda Azərbaycanda həyata keçirilən islahatların əsas meyarı kimi istehsalın səmərəliliyinin yüksəldilməsi və bu əsasda xalqın həyat səviyyəsinin yüksəldilməsində özünü büruzə verən sosialyönümlü bazar iqtisadiyyatı modelinə üstünlük verilməsini bir daha sübut edir. Ulu öndərin iqtisadi islahatların həyata keçirilməsi istiqamətində baxışlarını səciyyələndirən ən vacib xüsusiyyət - islahatların həyata keçirilməsinin istiqamətlərini düzgün proqnozlaşdırmaqdan ibarət idi. Yeni təsərrüfatçılıq formalarının meydana gəlməsi, kiçik sahibkarlığın inkişafı, təşəbbüskarlığın genişləndirilməsinə imkan verən iqtisadi islahatlar Heydər Əliyev tərəfindən bazar iqtisadiyyatına gedən yolda əsas vasitə kimi dəyərləndirilmişdir. Sahibkarlığın ümumi islahatlar sistemində yerinin düzgün müəyyənləşdirilməsi, sahibkarlıq fəaliyyəti üçün zəruri şərait yaradılması, dövlət tərəfindən maliyyə və hüquqi cəhətdən dəstəklənməsinin əsası məhz Ulu öndər tərəfindən qoyulmuşdur.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun uğurla davam etdirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da möhkəmləndirəcəkdir. Bütün bunlar isə belə deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı sabitlik və inkişaf strategiyası bu gün də xalqımızı böyük qələbələrə aparır.

Oxşar xəbərlər