İranlı diplomatların Azərbaycandan çıxarılması prosesi başlanıldı - YENİLƏNİB

İranlı diplomatların Azərbaycandan çıxarılması prosesi başlanıldı - YENİLƏNİB İran səfirliyinin “persona non grata” (arzuolunmaz şəxs) elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

***

Xarici İşlər Nazirliyinin “persona non grata” (arzuolunmaz şəxs) elan etdiyi İran səfirliyinin diplomatlarının adları məlum olub.

Həmin şəxslər aşağıdakılardır:

Mirmahdi Mirsalampur Şərif;

Qurbanəli Purmərcan Varcovi;

Hadı Moğadam;

Əsgər Bahari Xoş Mənzər.

Qeyd edək ki, 6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Oxşar xəbərlər