Fransa öz müstəmləkə cinayətlərindən, törətmiş olduğu soyqırım aktlarından utanmayaraq, onları unudaraq yenə də Azərbaycan xalqına qarşı ən qanlı soyqırımı həyata keçirən Ermənistanın yanında olduğunu bildirir

Fransa öz müstəmləkə cinayətlərindən,  törətmiş olduğu soyqırım aktlarından utanmayaraq,  onları unudaraq yenə də Azərbaycan xalqına qarşı ən qanlı soyqırımı həyata keçirən Ermənistanın yanında olduğunu bildirir



Azərbaycan Paytaxtı daha bir beynəlxalq tədbirə ev sahibliyi edir. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü martın 2-də işə başladı.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının bundan əvvəlki toplantılarındakı çıxışlarında hər zaman həm ölkəmiz, xalqımız üçün mühüm məsələlərlə bağlı mövqeyini ifadə etmiş, eyni zamanda da, qlobal müstəvidə maraq dairəsində olan narahatlıq yaradan məsələlər ətrafında özünün strateji baxışlarını sərgiləmişdir. Bu dəfəki Zirvə görüşü də istisna olmadı. Bir sıra vacib məsələlərlə yanaşı həmçinin, Fransanın törətmiş olduğu soyqırımı aktlarına görə, Fransanın məsuliyyət daşımalı olduğunu da bildirdi. Həqiqətən də, bu təkcə müasir dünyanın bir hissəsi olaraq Azərbaycanı və xalqını deyil, bütün dünyanı narahat edən məsələdir. Çünki soyqırım cinayətlərini törədənlər məsuliyyətdən kənarda qaldıqca təhlükəli president yaradır və digər ölkələri də bu cür cinayətləri həyata keçirməyə sövq edir.
Cənab Prezident çıxışının davamında qeyd etdi ki : “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”. Vurğulamaq yerinə düşər ki, bu həm cəsarətli həm də yerinə düşən bir çağırışdır. Belə ki, Fransa öz müstəmləkə cinayətlərindən, törətmiş olduğu soyqırım aktlarından utanmayaraq, onları unudaraq yenə də Azərbaycan xalqına qarşı ən qanlı soyqırımı həyata keçirən Ermənistanın yanında olduğunu bildirir. Çəkinmədən Azərbaycan torpaqlarında erməni separatizminə dəstək olduğunu ifadə edir. Ona görə də Prezidentin bu dəfəki zirvə toplantısındakı bu cəsarətli çıxışı Fransanı ən azından heç olmasa öz cinayətlərindən utanmağa bir çağırış kimi də dəyərləndirmək olar. Cənab Prezidentin tutduğu mövqe onu deməyə əsas verir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəkdir.
Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev

Oxşar xəbərlər