
Sosial şəbəkədə gedən müzakirələrdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən yeni alınacaq 10 qatarın da bu qərara təsir edəcəyi istisna edilməyib.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda Abşeron dairəvi dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli elektrikli dəmiryolu xəttidir. Bu dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt.