Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir

Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir Yanvarın 9-da keçirilən 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev də iştirak edib. Ölkə başçısı cənab İlham Əliyev çıxışında hər il olduğu kimi, keçən ilin də Azərbaycan idmanı üçün uğurlu il olduğunu bildirmişdir. «Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar», - deyən Prezident bildirib ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.
İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Çünki həm ölkəmizin şöhrəti, eyni zamanda, sağlam həyat tərzinin təbliğ edilməsi - bu amillər hər bir ölkə üçün önəmli olmalıdır. Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanılıb və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir. Cənab Prezident çıxışında uğurlarımızla yanaşı, yeni ildə keçiriləcək yarışlara da nəzər salıb.
Azərbaycan xalqı qalib xalqdır və bu ifadəni işlədərkən böyük bir həqiqətin arxasında dayandığını görürük. Azərbaycan tarixi ədaləti bərpa etdi. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var.Eyni zamanda dövlət başçımız cənab İlham Əliyev idman sahəsində uğurlar qazanmış bir neçə idmançını və idman mütəxəssisini-Dadaşbəyli Dadaş, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimova-yeni mənzillərin orderlərini təqdim edərək mükafatlandırıb.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
tarix müəllimi Həsən Xələfov


Oxşar xəbərlər