DAŞKƏSƏNİN BAŞÇISI ƏHƏD ABIYEV QAZAXYOLÇULAR KƏNDİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB

DAŞKƏSƏNİN BAŞÇISI ƏHƏD ABIYEV QAZAXYOLÇULAR KƏNDİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB Dekabrın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Qazaxyolçular kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

İcra başçısı Əhəd Abıyev səyyar qəbulda diqqətə çatdırıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf etmiş, yeni və müasir mərhələdə qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirmişdir. Həyata keçirilən çoxşaxəli, səmərəli siyasət Azərbaycanın iqtisadi qüdrətinin artmasını bütün sahələrdə təmin etməklə, qalib dövlət kimi ölkəmizi dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdən birinə çevrmişdir.

Əhəd Abıyev çıxışında həmçinin turizm imkanları böyük olan Qazaxyolçular kəndi ərazisində aparılan abadlıq-quruculuq işlərindən, kəndin qazlaşdırılmasından, yeni asfalt yolunun çəkilməsindən, Prezident cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə açılışı qeyd olunmuş 35/6 kV-luq “Zağalı” elektrik yarımstansiyasının istismara verilməsindən sonra kəndin sovetlər dövründən qalan elektriklə bağlı probleminin tamamilə aradan qaldırılmasından və qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra icra başçısı Əhəd Abıyev fərdi qaydada sakinlərin müraciətlərini dinləyib, qaldırılan məsələlərin aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib. İcra strukturunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qazaxyolçular kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər