Bəkir Yusifov: "İlham Əliyev əsrin siyasi liderinin portretini yaratmağı bacarıb"

Bəkir Yusifov: Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov - “8 noyabr - Zəfər Günü Azərbaycan insanının xəyallarının reallaşdığı gün təsadüfən deyilmir. 30 ilə yaxın müddətdə Azərbaycan insanı üçün Zəfər Günü ancaq bir xəyali arzu idi. Amma Azərbaycan xalqının xilaskar sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərli altında qəhrəman ordumuz bu xəyalları gerçək həyatda reallaşdırdı. Özü də cəmi 44 gün müddəti ərzində... Bu misilsiz qəhrəmanlıq salnaməsi tarixlər boyu deyiləcək və qeyd ediləcək. Bu qələbənin əhəmiyyəti illər keçdikcə daha dərindən dərk ediləcək və onun möhtəşəmliyi qeyd olunacaq. Qədirbilən Azərbaycan xalqı həyat var olduqca belə bir möhtəşəm qələbəni onlara yaşdan xilaskar sərkərdə və lideri İlham Əliyevi, qəhrəman Azərbaycan ordusunu dərin hörmətlə yad edəcək”.

Bəkir Yusifov: "İlham Əliyev əsrin siyasi liderinin portretini yaratmağı bacarıb"


Belə bir möhtəşəm qələbə çox böyük gərgin bir əməyin nəticəsidir. “Belə bir möhtəşəm qələbə heç də bütün xalqlara nəsib olmur. Bu cür qələbələr ancaq müdrik, uzaqgörən iti zəkaya, cəsarətli ürəyə malik liderlik və sərkərdəlik qabiliyyəti nəticəsində mümkün olur. Nə xoş Azərbaycan xalqına ki, onun belə bir lideri var. Bu Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevdir. Cənab İlham Əliyevin 2003-cü ildən etibarən Azərbaycana rəhbərliyi dövründəki fəaliyyəti onun bir xilaskar lider olduğunun bariz nümunəsidir”

Azərbaycan Prezidenti cənab İlham Əliyev öz liderlik keyfiyyətləri ilə artıq XXI əsrin siyasi liderinin portretini yaratmağı bacarıb: “Dünya ölkələrinin bir çoxu da onun bu liderliyini açıq şəkildə bəyan edirlər.

Çünki onun hakimiyyət dövrü Azərbaycanın sıçrayışlı inkişaf mərhələsi kimi dəyərləndirilir. Onun qlobal çağırışlara zamanında çevik reaksiya verərək yürütdüyü iqtisadi, xarici, ordu quruculuğu, təhlükəsizlik və digər sahələrdə yürütdüyü siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu və söz sahibi olan ölkələrindən birinə çevrilib. Cənab Prezidentin zamanında qlobal çağırışlara çevik reaksiya vermə qabliyyəti təkcə Azərbaycanın deyil, Cənubi Qafqaz bölgəsinin əhəmiyyətini beynəlxalq aləmdə daha da artırıb.

Cənab Prezidentin xüsusi liderlik qabliyyəti nəticəsində bölgədə toqquşan beynəlxalq güclərin maraqlarını uzlaşdıraraq bölgəni ciddi kataklizmlərdən xilas edə bilib.

Əldə edilən bütün bu uğurların başında Azərbaycanın milli maraqlarını müdafiə edən müdrik, uzaqgörən lider İlham Əliyev dayanır.

Cənab İlham Əliyev uzaqgörən, cəsarətli siyasəti ilə təkcə Azərbaycan maraqlarını deyil, dünya ölkələrinin, xalqlarının maraqlarını müdafiə edir və bu istiqamətdə öz əvəzedilməz töhfəsini verir və verməkdədir.

Dünyanın ən mürəkkəb münaqişələrindən hesab edilən Ermənistan-Azərbaycan münaqişəsi də məhz Müzəffər Ali Baş Komandanın uzaqgörən, müdrik, cəsarətli siyasəti nəticəsində mümkün olub. Qarabağ münaqişəsi tarixə qovuşub. 44 günlük müharibə nəticəsində erməni faşizminə elə bir ağır zərbə endirilib ki, Ermənistan hələ də bu məğlubiyyətin acısını yaşamaqdadır. İrəvan əgər qısa zamanda Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamasa və destruktiv fəaliyyətini davam etdirərsə, o zaman hələ uzun illər bunun acısını yaşamalı olacaq. İrəvan könüllü şəkildə bu sülh sazişini imzalamalıdır, əks təqdirdə o buna məcbur ediləcək. O zaman isə imzalanan sülhün şərtləri Ermənistan üçün daha ağır olacaq. Çünki dünyadakı geosiyasi reallıq Ermənistan dövlətçiliyinə heç bir xoş nəticə vəd etmir.

44 günlük müharibə nəticəsində Azərbaycan bölgədə yeni geosiyasi reallıq yaradıb və bu reallıq dünya birliyi tərəfindən qəbul edilir. Bəzi güclər Ermənistanın destruktiv mövqeyindən istifadə edib, bölgədə gərginliyi davam etdirməyə cəhd edirlər. Ancaq cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində bölgənin sabitliyinə yönəlik bütün cəhdləri puça çıxarılacaq. Nəhayətində bölgədə sülh təmin olunacaq. Azərbaycanın yürütdüyü siyasətin ana xəttini də Cənubi Qafqazda dayanıqlı sülh, sabitlik və sıx inteqrasiya olunmuş əməkdaşlıq təşkil edir. Cənab Prezidentin liderliyi altında biz qısa zamanda bunun şahidi olacağıq.

Qarşıdakı dönəmdə isə əsas hədəf işğal altındakı torpaqlarda "Böyük qayıdış"ı təmin etməklə Azərbaycan dövlətinin gücünə və qüdrətinə əlavə güc qatmaqdır. Azərbaycan dövləti və xalqı bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atacaq. Bu gün insanlarımızın düşüncəsində olan, xəyal kimi görünən arzularını, planlarını reallaşdıracaq. Necə ki biz ötən 19 ildə buna şahidlik etməkdəyik. Biz buna əminik və inanırıq. İnanırıq ki, yaxın gələcəkdə biz siması dəyişib, yeniləşən, daha güclü və qüdrətli bir Azərbaycanı görəcəyik”.

Oxşar xəbərlər