“Körpü-Bina-Tikinti” MMC-nin Azərbaycanın inkişafında böyük rolu var

“Körpü-Bina-Tikinti” MMC-nin Azərbaycanın inkişafında böyük rolu var Şər və Böhtan yazanlara tutarlı cavab - «Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər «Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşovda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. «Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, «Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşovdur.

«Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşov və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Xəlil Göyüşov bu işin müqəddəsliyini qoruyub saxlayır. Xəlil Göyüşov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

«Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Xəlil Göyüşov! O, yüksək insani keyfiyyətləriylə seçilən bir insan, bir vətəndaş və “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəridir!

“Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) 2001-ci ildə təsis edilmişdir

Dünyanın qabaqcıl texnologiyalarının istehsalatda tətbiqi, xarici əlaqələrin düzgün qurulması, işə istedadlı mühəndis və fəhlə kadrlarının cəlb edilməsi nəticəsində “KBT” MMC böyük tikinti müəssisəsinə çevrilmişdir. Bugün “KBT” MMC Azərbaycanda xarici firmalarla müvəffəqiyyətlə rəqabət aparan və güclü bazaya malik olan nəhəng tikinti təşkilatıdır.

Azərbaycanda sənaye obyektlərinin, yaşayış binalarının, körpülərin, tunellərin, yeraltı piyada keçidlərinin, neft kəmərlərinin, su kanallarının, yanacaqdoldurma stansiyalarının (YDS), istilik elektrik stansiyalarının (İES) tikintisi, dəmir yolarının çəkilməsi, torpaq işləri, bünövrələrin qoyulması, svay işlərini və s. həyata keçirməkdədir.

Müəssisənin müasir standartlara cavab verən beton zavodları, qum, çınqıl istehsal edən karxanaları bu işlərin keyfiyyətli həyata keçirilməsi üçün işləməkdədir. Texnika və avadanlıqların təmirini yerinə yetirmək üçün sexlərimizdə peşəkar ustalarımız çalışmaqdadır.

Şirkət rəhbəri Xəlil Göyüşovun yüksək təşkilatçılığı ilə resbublikamızın bir çox yerlərində tikinti-quruculuq işləri ən yüksək səviyyədə görülür. Bütün bu lahiyələrin düzgün şəkildə icra olunması ilə “Körpü-Bina-Tikinti” MMC Prezidentimizin və vətəndaşlarımızında rəğbətini qazanıb.


Oxşar xəbərlər